+994 12 465 00 52

Həsən bəy Zərdabi 2A

+994 12 465 00 52

Həsən bəy Zərdabi 2A

Kredit Ödənişi
Kredit Ödənişi
Dil Seçici
🇦🇿 AZ
hesabaz

Komandamıza qoşulmaq istərdiniz mi?  

Müraciət etmək istəyən namizədlər CV-lərini  [email protected]  e-mail ünvanına mövzu hissəsinə vakansiyanın adını qeyd edərək göndərə bilərlər.

Vakansiyalar

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları (Instagram, Facebook, LinkedIn və s.) üçün kontent planın hazırlanması və idarə edilməsi
  • Şirkətin brend kimliyinə uyğun vizual və mətni kontentlərin (post, reel, story) konseptinin qurulması
  • Şərh və mesajların vaxtında, nəzakətlə cavablandırılması (kommunikasiya idarəetməsi)
  • Aylıq hesabatların hazırlanması, səhifə dinamikasının və rəqiblərin analiz olunması

Namizədə tələblər:

  • SMM sahəsində minimum 1-2 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis və qrammatik düzgün yazı qabiliyyəti (Rus/İngilis dili arzuolunandır).
  • Vizual zövq, trendləri izləmə və kreativ yanaşma qabiliyyəti
  • Əsas dizayn və video redaktə alətlərindən (Canva, CapCut, Photoshop və s.) istifadə bacarığı

İş şəraiti

  • İş qrafiki: 5 günlük (09:00-18:00) 
  • Vəzifə üzrə əmək haqqı: 800-1000 AZN
  • Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Məhkəmə orqanlarının qüvvəyə minmiş qərarlarının icrası ilə bağlı icra orqanlarında şirkətin adından çıxış etmək, zəruri hallarda sorğular vermək
  • İcraatında olan icra işinin gedişatına nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək, portfel  üzrə hədəf qoyulmuş aylıq ödənişləri təmin etmək, lazım olan məktub və sorğuları hazırlamaq, borclularla mütəmadi əlaqə saxlamaq
  • Borclularla bağlı qanunvericiliyə uyğun olaraq məcburi icra  tədbirlərinin icrasına nəzarət və icrasını tələb etmək

Namizədə tələblər:


  • Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
  • Problemli kreditlər və məhkəmə icra orqanları ilə minimum iş təcrübəsi; 
  • Komandada və borclularla işləmək bacarıqları;
  • Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
  • Güclü kommunikasiya bacarıqları;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
  • Bank və ya bank olmayan kredit təşkilatında (problemli kredit mütəxəssisi və icraçılarla iş şöbəsinin mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzuolunandır  

İş barədə məlumat:

  • 5 günlük iş qrafiki (09:00-18:00) 
  • Vəzifə üzrə əmək haqqı: 1800-2500 AZN

Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Problemli kredit portfelinin idarə olunması və borclularla görüşlərin keçirilməsi;
  • Borclular ilə telefon və birbaşa ünsiyyət quraraq ödənişlərin təmin edilməsi;
  • Müştərilərin maliyyə vəziyyətinin qiymətləndirilməsi və ödəniş imkanlarının araşdırılması;
  • Geri ödənişlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Görülən işlər barədə müvafiq hesabatların hazırlanması;
  • Daxili qayda və prosedurlara uyğun fəaliyyət göstərilməsi.


Namizədə tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
  • B kateqoriyalı sürücülük vəsiqəsi və avtomobil idarəetmə bacarığı üstünlükdür;
  • Microsoft Office proqramlarından istifadə bacarığı.


İş barədə məlumat:

  • 5 günlük iş qrafiki (09:00-18:00) 
  • Vəzifə üzrə əmək haqqı: 1500-2500 AZN 

Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Ofisə daxil olan zənglərin cavablandırılması və müştərilərə lazım olan ilkin məlumatın verilməsi,  təyinatı üzrə istiqamətləndirilməsi ;
  • Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və gedən sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi;
  • Rəhbərliyin tapşırığına əsasən, surətçıxarma işinin icrası;
  • Sənədlərin göndərilməsini təşkil etmək;
  • Kargüzarlıq işlərinin aparılması;
  • Qonaqların qarşılanması, qeydiyyatı;
  • Məlumatların konfidensiallığını qorumaq;
  • Şöbənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək

Namizədə tələblər:

Ali təhsil;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dili arzuolunandır);
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarında sərbəst işləmək bacarığı;
  • Ofis avadanlıqları ilə tam sərbəst işləmək bacarığı (printer, scan);
  • Komanda ilə kommunikasiyanı yüksək səviyyədə qurmaq;
  • İşgüzar münasibət etikası;
  • İşində səliqəli, məsuliyyətli və dəqiq olmaq


İş şəraiti

  • İş qrafiki: 6 günlük iş qrafiki
  • Vəzifə üzrə əmək haqqı: 500-600 AZN
  • Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)

Qeyd: Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulub

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Scroll to Top