Komandamıza qoşulmaq istərdiniz mi?
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə vakansiyanın adını qeyd edərək göndərə bilərlər.
Vakansiyalar
Vəzifə öhdəlikləri:
- Sosial media hesabları (Instagram, Facebook, LinkedIn və s.) üçün kontent planın hazırlanması və idarə edilməsi
- Şirkətin brend kimliyinə uyğun vizual və mətni kontentlərin (post, reel, story) konseptinin qurulması
- Şərh və mesajların vaxtında, nəzakətlə cavablandırılması (kommunikasiya idarəetməsi)
- Aylıq hesabatların hazırlanması, səhifə dinamikasının və rəqiblərin analiz olunması
Namizədə tələblər:
- SMM sahəsində minimum 1-2 il iş təcrübəsi
- Azərbaycan dilində səlis və qrammatik düzgün yazı qabiliyyəti (Rus/İngilis dili arzuolunandır).
- Vizual zövq, trendləri izləmə və kreativ yanaşma qabiliyyəti
- Əsas dizayn və video redaktə alətlərindən (Canva, CapCut, Photoshop və s.) istifadə bacarığı
İş şəraiti
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Vəzifə üzrə əmək haqqı: 800-1000 AZN
- Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Vəzifə öhdəlikləri:
- Məhkəmə orqanlarının qüvvəyə minmiş qərarlarının icrası ilə bağlı icra orqanlarında şirkətin adından çıxış etmək, zəruri hallarda sorğular vermək
- İcraatında olan icra işinin gedişatına nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək, portfel üzrə hədəf qoyulmuş aylıq ödənişləri təmin etmək, lazım olan məktub və sorğuları hazırlamaq, borclularla mütəmadi əlaqə saxlamaq
- Borclularla bağlı qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirlərinin icrasına nəzarət və icrasını tələb etmək
- Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
- Problemli kreditlər və məhkəmə icra orqanları ilə minimum iş təcrübəsi;
- Komandada və borclularla işləmək bacarıqları;
- Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
- Güclü kommunikasiya bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
- Bank və ya bank olmayan kredit təşkilatında (problemli kredit mütəxəssisi və icraçılarla iş şöbəsinin mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzuolunandır
İş barədə məlumat:
- 5 günlük iş qrafiki (09:00-18:00)
- Vəzifə üzrə əmək haqqı: 1800-2500 AZN
Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Vəzifə öhdəlikləri:
- Problemli kredit portfelinin idarə olunması və borclularla görüşlərin keçirilməsi;
- Borclular ilə telefon və birbaşa ünsiyyət quraraq ödənişlərin təmin edilməsi;
- Müştərilərin maliyyə vəziyyətinin qiymətləndirilməsi və ödəniş imkanlarının araşdırılması;
- Geri ödənişlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Görülən işlər barədə müvafiq hesabatların hazırlanması;
- Daxili qayda və prosedurlara uyğun fəaliyyət göstərilməsi.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
- B kateqoriyalı sürücülük vəsiqəsi və avtomobil idarəetmə bacarığı üstünlükdür;
- Microsoft Office proqramlarından istifadə bacarığı.
İş barədə məlumat:
- 5 günlük iş qrafiki (09:00-18:00)
- Vəzifə üzrə əmək haqqı: 1500-2500 AZN
Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Vəzifə öhdəlikləri:
- Ofisə daxil olan zənglərin cavablandırılması və müştərilərə lazım olan ilkin məlumatın verilməsi, təyinatı üzrə istiqamətləndirilməsi ;
- Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və gedən sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi;
- Rəhbərliyin tapşırığına əsasən, surətçıxarma işinin icrası;
- Sənədlərin göndərilməsini təşkil etmək;
- Kargüzarlıq işlərinin aparılması;
- Qonaqların qarşılanması, qeydiyyatı;
- Məlumatların konfidensiallığını qorumaq;
- Şöbənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək
Namizədə tələblər:
Ali təhsil;- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dili arzuolunandır);
- MS Office (Excel, Word, PowerPoint) proqramlarında sərbəst işləmək bacarığı;
- Ofis avadanlıqları ilə tam sərbəst işləmək bacarığı (printer, scan);
- Komanda ilə kommunikasiyanı yüksək səviyyədə qurmaq;
- İşgüzar münasibət etikası;
- İşində səliqəli, məsuliyyətli və dəqiq olmaq
İş şəraiti
- İş qrafiki: 6 günlük iş qrafiki
- Vəzifə üzrə əmək haqqı: 500-600 AZN
- Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)
Qeyd: Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulub
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.